Accessibility links

Girov gəmi kapitanı qaçmağa cəhd göstərib


ABŞ hərbi rəsmiləri deyir ki, Amerika gəmisinin Somali priatları tərəfindən girov götürülmüş kapitanı dənizə atılmış, lakin piratlar tərəfindən yenidən ələ keçirilmişdir. Rəsmilər deyir ki, uğursuz qaçış əməliyyatı ABŞ hərbi gəmisi olan USS Bainbridge-in yaxınlığında baş verib. Girovdarlar Amerikalı kapitanı ələ keçirmək üçün yenidən suya atılıblar. Riçard Filips çərşənbə günü "Maersk Alabama" gəmisi ələ keçiriləndən bəri girovdur. Onun kapitanı olduğu gəmi Kenyaya humanitar ərzaq yardımı daşıyırdı. Gəminin ekipajı gəmiyə nəzarəti geri alsa da, girovdarlar kapitanı özləri ilə aparmağa nail olublar.
XS
SM
MD
LG