Accessibility links

Moldovada seçkilərin nəticəsi yenidən hesablanacaq


Moldova prezidenti ölkədə qarışıqlığa səbəb olmuş və Rumıniya ilə münasibətlərdə diplomatik gərginlik yaratmış parlament seçkilərinin bütün nəticələrini yenidən saymağa qərar verib.

Prezident Vladimir Voronin bu gün deyib ki, o, ölkədə siyasi sabitliyk və barışığın yenidən bərqərar olacağına əmindir.

Rəsmi nəticələrə görə, parlamentdə kommunistlərə 60 yer, müxalifət partiyalarına isə 41 yer düşürdü.

Lakin müxalifət kommunist partiyasının nəticələri saxtalaşdırdığın iddia edir.

XS
SM
MD
LG