Accessibility links

Türkyənin Daxili İşlər naziri İraqda danışıqlar aparır


Türkiyə mətbuatının verdiyi məlumata görə, Daxili işlər naziri Bəşir Atalay Türkiyə-İraq sərhədində fəaliyyət göstərən kürd yaraqlılarına qarşı mübarizə səylərini müzakirə etmək üçün İraqa səfər edib. Anadolu xəbər agentliyi bildirir ki, danışıqlar keçən il Türkiyə, İraq və Birləşmiş Ştatlar arasında əldə edilən razılıq çərçivəsində aparılır. Atalay deyib ki, o, İraqın separatçı PKK yaraqlılarının məhv edilməsi istiqamətindəTürkiyə ilə iş aparmaq üçün ciddi addımlar atacağını gözləyir. Bu arada, Türkiyə hərbi qüvələri ölkənin İraqla həmsərhəd cənub-şərq bölgəsində dünən toqquşma zamanı yeddi yaraqlının və iki əsgərin öldüyünü bildirir. Verilən məlumatlarda bildirilir ki, Şırnak vilayətində döyüş yaraqlılarının əsgərlərə atəş açmasından sonra başlayıb. Hərbi qüvvələrin bəyanatında regionda təhlükəsizlik əməliyyatlarının davam etdiriləcəyi deyilir.

XS
SM
MD
LG