Accessibility links

Prezident Obama dünya ölkələrini qlobal təhlükələrə qarşı mübarizədə birliyə çağırıb


ABŞ prezidenti Barak Obama dünya ölkələrini qlobal risklərə qarşı mübarizədə bir olmağa çağırıb. Həftəlik radio müraciətində cənab Obama bu həftə xristianların və yəhudilərin pasxa bayramını qeyd etdiyini göstərərək, bunun birlik, irqi və dini etiqaddan asılı olmayaraq insanların bir-birlərinə münasibətdə məsuliyyət daşıdığını əks etdirən bir dövr olduğunu bildirib. Prezident habelə qeyd edib ki, heç bir ölkə maliyyə böhranı, iqlim dəyişikliyi, nüvə silahları və terrorizm kimi problemlərin öhdəsindən tək gələ bilməz. Bunun əvəzinə, prezident Obamanın bildirdiyinə görə, dünya qarşısında duran problemlərin əməkdaşlıq şəraitində həlli üçün ölkələr öz aralarındakı fərqləri və bir-birinə etirmadsızlığı bir kənara qoymalıdır.

Resuiblikaçılarəın həftəlik radio müraciətində Minnesota ştatının qubernatoru Tim Polenti prezident Obamaın ABŞ iqtisadiyyatı ilə bağlı planlarını tənqid edib. O deyib ki, prezidentin təklif etdiyi büdcə gələcəkdə daha yüksək vergilər tələb edəcək daha böyük borclara gətirib çıxaracaq.

XS
SM
MD
LG