Accessibility links

İraqda intiharçı hücumu sünni döyüşçüləri hədəf alıb


İraq polisinin bildirdiyinə görə, Bağdadın cənubunda ABŞ tərəfdarı sünni döyüşçüləri hədəf alan intiharçı hücumu nəticəsində 9 nəfər həlak olub, 20-dən çox insan isə yaralanıb. Rəsmilərin sözlərinə görə, intiharçı bombanı Oyanış Şurasının üzvləri əmək haqlarını almaq üçün hərbi qərargah önündə növbəyə dayanarkən işə salıb. Sunni döyüşçülər arasında hazırda Əl-Qaidəyə və başqa qruplara qarşı mübarizə aparan keçmiş yaraqlılar da var. Onlar keçən il ərzində İraqda zorakılıqların azaldılmasına yardım ediblər
XS
SM
MD
LG