Accessibility links

Dəniz quldurları ABŞ-ın daha bir gəmisini ələ keçirib


Ədən körfəzində fəaliyyət göstərən dəniz quldurları daha bir ABŞ gəmisini ələ keçiriblər. Regional dəniz qrupu bildirir ki, bugünkü hücum nəticəsində İtaliya bayrağını altında üzən ABŞ-a məxsus gəminin ekipaj üzvləri və iki barja əsir götürülüb. Reuters xəbər agentliyinin NATO rəsmilərinə istinadən bildirdiyinə görə, 16 ekipaj üzvündən 10-u İtaliya vətəndaşıdır. Nayrobidəki dəniz məsələləri üzrə diplomat gəminin ABŞ-a deyil, İtaliyaya məxsus olması barədə məlumatlı olduğunu bildirib. Bununla yanaşı, Amerika kapitanı Riçard Filips xilasedici qayıqda 4 piratla birgə saxlanır. Somalı ağsaqqalları amerikalı kapitanın azad edilməsinə çalışıblar. Filips ABŞ-ın humanitar yardım daşıyan gəmisinin ələ keçirilməsindən sonra tutulmuşdu.

XS
SM
MD
LG