Accessibility links

Qəndəharda qadın qanunverici qətlə yetilirilib


Əfqanıstan polisi Qəndəhar vilayətində yerli qadın qanunvericinin güllə ilə vurulub öldürüldüyünü bildirir. Vilayət şurasının başçısı Əhməd Vaçi Karzayın verdiyi məlumata görə, Sitarə Axazi işdən evə qayıdarkən naməlum silahlı şəxslər tərəfinfən öldürülb. Taliban sözçüsü qətlin məsuliyyətini öz üzərinə götürüb.

Rəsmilər Əfqanıstan və ABŞ-ın başçılığı ilə koalisiya qüvvələrinin şənbə günü Zabul vilayətində 22 taliban yaraqlısını qətlə yetirdiyini bildiriblər. Bununla belə, ABŞ hərbi qüvvələri Əfqanıstan və koalisiya qüvvələrinin eyni bölgədə dörd yaraqlını qətlə yetirdiyi haqda məlumat verib. Bu məlumatların eyni insidentlə bağlı olduğu haqda hələlik informasiya verilməyib. Hərbi qüvvələrin bəyanatında deyilir ki, əsgərlər keşik çəkdikləri zaman atəşə tutublar. Rəsmilər koalisiya əsgərləri arasında yaralananların olmadığını bildiriblər.

XS
SM
MD
LG