Accessibility links

ABŞ generalı İraqda zorakılıqların 6 ildə ən aşağı səviyyədə olduğunu deyir


ABŞ hərbi qüvvələrinin İraqdakı komandiri deyib ki, son günlər insan tələfatı ilə nəticələnmiş bomba hücumlarına baxmayaraq, ölkədə zorakılıqlar altı ildə ən aşağı səviyyədə qalmağa davam edir.General Reymond Odiyerno bu gün CNN teleşirkətinə müsahibə zamanı bildirib ki, İraqda bəzi yaraqlılar hələ də olduqca ciddi hücumlar həyata keçirə bilir. Lakin o bunu kiçik qrupların işi kimi təsvir edərək bildirib ki, ABŞ və İraq hərbi qüvvələri onları məğlub etmək üçün ciddi iş aparır. General Odiyerno ABŞ hərbi qüvvələrinin bəzi İraq şəhərlərində iyun ayında ölkədən çıxmaq üçün qoyulmuş müddətdən sonra da qalmasını tövsiyə edərək, bunun təhlükəsizliyin qorunması üçün zəruri olduğunu bildirib.

XS
SM
MD
LG