Accessibility links

Amerika gəmisinin kapitanı azad edildi


ABŞ rəsmiləri beş gün Somali dəniz quldurları tərəfindən girov saxlanan Amerikanın yük gəmisinin kapitanının azad edildiyini bildiriblər. Birləşmiş Ştatların kütləvi mətbuat vasitələri adının açıqlanmadığı kəşfiyyat rəsmilərinə istinadən xəbər veriblər ki, kapitan Riçard Filips ABŞ hərbi dəniz qüvvələrinin əməliyyatı zamanı azad ediib. Əməliyyatın detalları hələ açıqlanmayıb, lakin rəsmilər dəniz quldurlarından üçünün öldürüldüyünü, dördüncüsününsə ABŞ tərəfindən saxlandığını bildiriblər. Filips sağ-salamat və hazırda ABŞ hərbi dəniz qüvvələrinin gəmisində olduğu xəbər verilir. Somali əniz quldurları Filipsin gəmisini ələ keçirməyə qeyri-müvəffəq cəhddən sonra onu beş gün qapalı qayıqda saxlayıblar. Yük gəmisi Afrikada qaçqınlara ərzaq yardımı daşıyırdı.

XS
SM
MD
LG