Accessibility links

Somali dəniz quldurları  ABŞ-dan qisas alacaqlarını deyirlər


Somali piratları Amerika hərbi dəniz qüvvələrinin kapitan Riçard Filipsin azad olunması ilə əlaqədar əməliyyatı zamanı 3 dəniz quldurunun ölümünə görə qisas alacaqlarını bildiriblər.

Piratların nümayəndəsi bu gün jurnalistlərə deyib ki, ABŞ artıq onların düşmənidir və onlar bundan sonra girov götürəcəkləri amerikalıları öldürə bilərlər.

Assoşieyted Pressə açıqlamasında piratlardan biri Abduıllahi Lami deyib ki, “Amerika gələcəkdə ağlar qalacaq.”

ABŞ qüvvələri kapitan Riçard Filipsin azad olunması ilə əlaqədar əməliyyatı bazar günü keçiriblər.

Hərbi dəniz qüvvələrinin kapitanı admiral müavini Vilyam Qortney deyib ki, prezident Barak Obama kapitanın təhlükə altında olduğuna inanıldığı halda, əməliyyata başlanılması barədə onlara təlimat verib.

Bu arada, ABŞ konqresmeni Donald Peyn Somali rəsmiləri ilə dialoq aparmaq üçün bu ölkəyə yola düşüb.

XS
SM
MD
LG