Accessibility links

Türkiyədə universitet rektoru həbs olunub


Türk polisi ölkənin İslama əsaslanan hökumətini devirmək qəsdində ittiham olunan qrupla əlaqəli universitet professoru və 20 başqa adamı həbs edib. Bu gün həyata keçirilən həbslər hüquq-mühafizə orqanlarının ultramillətçi Ergenekon qrupu ilə bağlı uzun müddət aparılan istintaqının tərkib hissəsidir. Həbs olunanlardan biri Ankaranın Bilkent Universitetinin rəhbəri professor Mehmet Haberaldır ki, o, həmçinin dünyəviçi Kanal-B telekanalının sahibidir. Polis stansiyanın Ankaradakı baş qərargahının ofislərində axtarış aparıb. Türkiyə rəsmiləri radikal dünyəviçiləri hakim Ədalət və İnkişaf Partiyasına qarşı dövlət çevrilişi həyaa keçirmək planından ittiham edir. Tənqidçilər isə hökumətin dünyəviçi opponentlərini susdurmaq üçün onları həbs etdiyini bildirir. İndiyədək Ergenekon məsələsi ilə bağlı150-ə yaxın hərbçi, polis, jurnalist və akademik həbs olunub.
XS
SM
MD
LG