Accessibility links

Obama administrasiyası Tehranın uran zənginləşdirilməsini dayandırması tələbini geri götürəcək


The New York Times qəzetinin yazdığına görə, Obama administrasiyası Tehranın nüvə proqramına dair müzakirələrə şərt qoyulan uran zənginləşdirilməsinin dayandırılması tələbini geri götürəcək. Məlumatda deyilir ki, Vaşinqton və onun Avropa müttəfiqləri sabiq prezident Corc Buşun strategiyasından tamamilə fərqli bir təklif üzərində işləyir. Bundan əvvəlki administrasiya uran zənginləşdirilməsi fəaliyyətlərinin dayandırılması müqablində İranla danışıqları qəbul edəcəyini bildirirdi. The New York Times yazır ki, ABŞ və Avropa müzakirələr gedərkən İranı uran zənginləşdirilməsi proramını davam etdirməklə yanaşı, genişmiqyaslı təftişə razı salmağa çalışacaq.

XS
SM
MD
LG