Accessibility links

İranda amerikalı jurnalistin məhkəməsi başlayıb


İranın Ədliyyə nazirliyinin rəsmisi amerikalı iranlı jurnalist Roksana Saberinin ABŞ-ən xeyrinə cassusluq etmək ittihamları əsasında məhkəmə prosesinin başlandığını bildirib. Ədliyyə nazirliyinin sözçüsü Əli Reza Cəmşidi məhkəmə prosesinin bazar ertəsi günü başladığını və hökmün bir neçə həftə ərzində çıxarılacağını bildirib. Birləşmiş Ştatlar casusluq itihamlarını əsassız adlandırıb. ABŞ Dövlət Departamentinin sözçüsü Robert Vud ittihamları rədd edərək, jurnalistin tez zamanda azad edilməsinə çağırıb. 31 yaşlı amerikalı iranlı jurnalist Roksana Saberi ikili vətəndaşlığa malikdir. O, İranda Amerikanın Milli İctimai radiosu və Britaniyanın Yayım şirkəti olan BBC üçün işləyirdi. Saberi akkreditasiyası olmadan çalışmaq ittihamı ilə yanvar ayında həbs edilb. Lakin İran rəsmiləri keçən həftə ona qarşı Birləşmiş Ştatlarının xeyrinə casusluq etmək ittihamları irəli sürüblər. Onlar Saberinin jurnalist adı altında ABŞ-ın kəşfiyyat agentliklərinə informasiya ötürdüyünü bəyan ediblər.

XS
SM
MD
LG