Accessibility links

Prezident Obama iqtisadiyyatın durumuna dair açıqlamalar verib


ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatlar iqtisadiyyatının dirçəldiyinə dair işarələrin olduğunu bildirib.Corctaun universitetində nitq söyləyən ABŞ prezidenti iqtisadi böhranın bitməsindən öncə daha çox iş yerinin itiriləcəyi və bunun daha ağır təsirləri olacağı haqda xəbərdarlıq edib.Cənab Obamanın bildirdiyinə görə, administrasiyanın iqtisadi xilas planı iş yerlərinin bərpasına, tikinti şirkətlərinin işçi qüvvəsi cəlb etməsinə və daşınmaz əmlak bazarına yardım edib.

ABŞ prezidenti deyib ki, cəmi 3 ay müddətində administrasiya olduqca ciddi iqtisadi problemlərlə qarşılaşaraq, miqyas və sürət baxımından indiyə qədər görünməmiş bir tərzdə bunların həllilə məşğul olmağa başlayıb.

Prezident Obama Vaşinqtonun yeni siyasi yanaşma tərzi qəbul edərək, qeyri-populyar qərarlar verməkdən çəkinməli və maliyyə təsisatlarına nəzarət etməli olduğunu bildirib.

ABŞ-ın Mərkəzi Bankının direktoru cənab Obamanın şərhlərinə qüvvət verərək, kəskin iqtisadi tənəzzülün yavaşıya biləcəyini deyib.Mərkəzi Bankın direktoru Ben Bernenkenin sözlərinə görə,daşınmaz əmlak bazar istehlakçı xərcləri sahəsindəyaxşılaşmaya işarələr görmək mümkündür.Kollecdə danışan cənab Bernanke deyib ki,ABŞ iqtisadiyyatı bir sıra ciddi problemlərlə qarşılaşıb. Bunlar təmkin və qətiyyət olmadan həll edilə bilməz.



XS
SM
MD
LG