Accessibility links

Şimali Koreya nüvə proqramını bərpa edir


Şimali Koreya silahsızlaşmaya dair altıtərəfli danışıqlardan əl çəkəcəyini və bu ayın əvvəli fəzaya raket buraxmasını tənqid edən BMT bəyanatına etiraz əlaməti olaraq nüvə fəaliyyətlərini artıracağıını bildirib. Koreya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Pxenyan atom silahları proqramını bərpa edəcək. Bu bəyanat BMT Təhlükəsizlik Şurasının Şimalı Koreyanın uzaq-mənzilli raket buraxmasını tənqid etməsinə reaksiyadır. Qeyd edək ki, aprelin 5-də fəzaya qalxan raket Yaponiya ərazisi üzərindən keçmişdi. Rusiya deyir ki, Kreml Şimali Koreyanın bu addımına yalnız təəssüflənə bilər. Çin isə tərəflərin sakitləşməsinə çağırıb.
XS
SM
MD
LG