Accessibility links

ABŞ gəmisi Keniya sahillərinə gedir


Somali sahillərində dəniz quldurlarıınn hücumundan xilas olan ABŞ-ın karqo gəmisi Keniyanın Mombasa şəhərinə istiqamət alıb. “Hürriyyət Günəşi” adlı gəmi dünən hücum cəhdinə məruz qalandan sonra ABŞ Hərbi Dəniz nəzarəti altına keçib. Gəminin amerikalı sahibi deyib ki, vessel qumbaraatanlar və avtomat silahlardan açılan atəş nəticəsində zədələr alsa da, hücum nəticəsində xəsarət alan olmayıb. Ekipaj üzvləri deyir ki, hücum zamanı onlar mühərrik otağında mühafizə olunublar. ABŞ ordu rəsmilərinin sözlərinə görə, dağıdıcı USS Bainbridge gəmisi yardım üçün “Hürriyyət Günəşi”nə doğru istiqamət alıb və indi onu xilas edə bilib. Həmin dağıdıcı bazaar günü ABŞ gəmi kapitanı Riçard Filipsin xilas olunmasında iştirak etmişdi. Əməliyyat nəticəsində Amerika dəniz qüvvələri 3 dəniz quldurunu öldürmüş, birini isə əsir götürmüşdü.
XS
SM
MD
LG