Accessibility links

Dmitri Medvedev müxalif qəzetə müsahibə verdi


Rusiya prezidenti Dmitri Medvedev deyir ki, sabitliyi heç bir şərt altında vətəndaşların siyasi hüquqları və azadlıqları əleyhinə qoymaq olmaz.

Cənab Medvedev bu gün müxalif "Novaya Qazeta" qəzetində dərc olunan müsahibəsində habelə bildirib ki, demokratiya təssisatı rifahla qarşı-qarşıya qoyulmamalıdır.

O, rusların öz hüquqlarını sərvətə qurban verə biləcəyi barədə fikirləri də rədd edib.

Rusiya son illərdə iqtisadi artıma nail ola bilsə də, Qərb tənqidçiləri ölkədəki iqtisadi sabitliyin Medvedevin sələfi Vladimir Putinin rəhbərliyi altında demokratiyanın boğulması bahasına əldə olunduğunu deyirlər.

Kremlin açıqlamasına görə, Medvedev "Novaya Qazeta"-ya müsahibəni qəzetə dəstək əlaməti olaraq verib.

Qəzetin nüfuzlu jurnalistlərindən Anna Politkovskaya 2006-cı ildə qətlə yetirilib, digər əməkdaşı Anastasia Baburova isə bu il öldürülüb.

XS
SM
MD
LG