Accessibility links

Tamil üsyançıları ilə ordu arasında qarşıdurma yenidən başlayıb


Şri Lankanın Tamil üsyançılarının bayramla əlaqədar iki gün davam edən atəşkəsdən sonra döyüşlərə hökumət qüvvələrinin başladığını demələrinə baxmayaraq, hökumət rəsmiləri bu ittihamı rədd edir. Üsyançıların veb səhifəsindəki məlumatda Şri Lanka ordusunun bu gün atışmalara minlərlə mülki vətəndaşın məskunlaşdığı düşərgədə - atəşə qadağa qoyulan ərazidə başladığı deyilir. Hökumət isə ölkənin şimal-şərqində, Tamil üsyançılarının məskunlaşdığı ərazilərdə hərbi qüvvələrin atəş açdığı barədə məlumatı təkzib edib. Ordu sözçüsü Udaya Nanayakaranın dediyinə görə, hərbçilər atəş aşılmasına qadağa qoyulan ərazilərdə mülki vətəndaşlarla birlikdə üsyançıların da məskunlaşdığı kiçik bölgələri mühasirəyə alıblar. Sözçü həmin ərazilərdə mülki vətəndaşlar olduğu üçün hücumların həyata keçirilməsinin mümkün olmadığını bildirib.

Qarşıdurmalar hökumətin bayram münasibəıti ilə iki gün atəşkəs elan etməsindən sonra yenidən başlayıb. Hökumət üsyançıları mülki vətəndaşlara rahat yaşamağa imkan verməməkdə ittiham edir.


XS
SM
MD
LG