Accessibility links

NATO Gürcüstanda hərbi təlimlərə hazırlaşır


Moskva NATO-nu gələn ay Gürcüstanda başlayacaq hərbi təlimlərini təxirə salmağa çağırıb. Alyans bildirib ki, mayın 6-dan iyunun 1-nə kimi davam edəcək hərbi təlimlərə 19 ölkədən 1300 əsgər qatılacaq. NATO bu təlimlərin Alyans üzvləri ilə tərəfdaş ölkələr arasında əməkdaşlığın inkişafı məqsədi daşıdığını bildirib. Rəsmilərin sözlərinə görə, təlimlərin keçirilməsi keçən ildən planlaşdırılıb bə məşqlər paytaxt Tbilisidən 20 kilometr aralıda keçiriləcək.

XS
SM
MD
LG