Accessibility links

Dəyirmi Masa: Rusiyanın Cənubi Qafqaz siyasəti


Azərbaycan prezidenti İlham Əliyev Rusiya paytaxtı Moskvaya işgüzar səfərə gəlib. Azərbaycanla Türkiyə arasında yaranan gərginliyin fonunda cənab Əliyevin Moskvaya səfəri xüsusi maraq doğurur. Güman edilir ki, səfər əsanısında rəsmi Bakı Moskva ilə bir sıra iqtisadi və siyasi məsələlərdə anlaşmaya gələcək. Rusiya –Azərbaycan münasibətləri və ümumilikdə Rusiyanın Cənubi Qafqaz siyasətini müzakirə etmək üçün bugünkü dəyirmi masa söhbətimizə Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə və Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəbəri Ərəstun Orculunu dəvət etdik.

Səfərin məramlarına şərh verən qonaqlar bunun Azərbaycan üçün xüsusi önəm daşıçadığını bildirdilər. Cənab Oruclunun fikrincə İlham Əliyevi Moskvaya dəvət etməklə Rusiya son zamanlar Bakı ilə Ankara arasındakı fikir ayrılıqlarını bir qədər də dərinləşdirməyə can atır. Əslində Rusiya Azərbaycanın müttəfiqi qismində deyil, ona təzyiq göstərən tərəf qismində davranır. Bununla Rusiya Qərbə və başqa regional dövlətlərə nümayiş etdirməyə çalışır ki, onun sabiq Sovet məkanı və konkret olaraq Azərbaycan üzərində ciddi nüfuzu var. Rəsmi Baki isə Moskva ilə münasibətləri pisləşdirməkdən çəkinir və bu səbəbdən qaz mübadiləsi və baqşa məsələlərdə Rusiya ilə məsləhətləşmə görüntüsü yaradır.

Politoloq Hikmət hacızadnin fikrincə Azərbaycan hökumətinin Rusiyaya qaz satmaq məramı yoxdur. Lakin bu yönümdə müəyyən addımlar atmaqla Qərb dövlətləri ilə danışıqlarında rıçaq əldə etmək istəyir. Rəsmi bakı anlayır ki, Qərbin NABUKKO qaz kəməri layihəsinə marağı var və Azərbaycan enerji tranzitində mühüm geo-strateji mövqeyə malikdir. Hikət hacızadınin fikrincə Rusiyanın hazırkı rejimi Cənubi Qafqazda münaqişələrin həll olunmasında maraqlı deyil və çalışır ki, bu münaqişələrdən öz maraqları üçün istifadə etsin. Nə qədər ki, Rusiyanın Qərblə münasibətləri normallaşmayıb, gözləmək olar ki, Rusiya Cənubi Qafqaz və ələlxüsus Azərbaycanda pozucu fəaliyyətini davam etdirəcək.

XS
SM
MD
LG