Accessibility links

Əfqanıstanda iki nəfər nəzarət altına alınıb


Əfqanıstan Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, ölkənin cənubunda qadın qanunverici və qadınların hüquqlarının müdafiəçisinin qətlində şübhəli bilinən 3 nəfər nəzarət altına alınıb. Sitara Acakzai Qəndəhar əyalət şurasının üzvü idi. O, keçən həftənin bazar günü qətlə yetirilmişdi. Taliban yaraqlıları hücumun məsuliyyətini öz üzərinə götürüb. Əfqan rəsmilər saxlanılan şübhəlilərin kimliyini müəyyən etməyib və həbs barədə ətraflı məlumat açıqlamayıb. Qeyd edək ki, Qəndəhar Taliban yaraqlılarının sığınacağı hesab edilir. Ərazidə 70 minə yaxın xarici qüvvənin yerləşməsinə baxmayaraq, orada yaraqlı hücumlarının sayı 2001-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.
XS
SM
MD
LG