Accessibility links

Barak Obama rəsmi səfərlə Meksikaya gedir


Birləşmiş Ştatlar prezidenti Barak Obama sərhəddə təhlükəsizlik və artmaqda olan narko- müharibə barədə müzakirələr aparmaq üçün bu gün Meksikaya yola düşür. Cənab Obamanın Meksikada prezident Filipe Kalderonla görüşü samanı qeyri-qanuni mühacirət və qlobal iqtisadi tənəzzül kimi məsələrin müzakirəsi gözlənilir. Prezident Obama bundan sonra Amerika sammitində iştirak etmək üçün Trinidad və Tobaqoya səfər edəcək. Meksikadakı vəziyyət Birləşmiş Ştatlarda dərin narahatlıq doğurur. Narkotik maddələrlə bağlı zorakılıqlar nəticəsində keçən ildən bəri ölkədə 7 000 insan həyatını itirib, zorakılıqlar ABŞ-ın sərhəd bölgələrinə də yayılıb. Prezident Obama Birləşmiş Ştatları Meksikaya nağd pul və silah axınının qarşısını almaq üçün öz üzərinə düşən vəzifələri yerinə yetirməyə çağırıb.

XS
SM
MD
LG