Accessibility links

Rusiya Çeçenistanda əks-terror əməliyyatlarını başa vurdu


Rusiyanın Çeçenistanın cənubunda on il sürən əks-terror əməliyyatları başa çatıb.

Rusiyanın Milli Anti-terror Komitəsinın sözçüsünün dediyinə görə, əməliyyatların ləğvi barədə qərar bu gün verilib.

O, deyib ki, bu qərar regionda vəziyyəti daha da normallaşdırmaq üçün şəraitin yaradılmasına yönəlib.

Ötən ay Rusiya prezidenti Dmitri Medvedev təhlükəsizlik qüvvələrindən on il ərzində davam edən əməliyyatlara son qoyulması mümkünlüyünü müzakirə etməyi xahiş etmişdi.

XS
SM
MD
LG