Accessibility links

Prezident Obama Amerika sammitində iştirak etmək üçün Trinidad və Tobaqoya səfər edib


ABŞ prezidenti Barak Obama Amerika qitəsi ölkələrinin sammitində iştirak etmək üçün Trinidad və Tobaqoya yola düşüb. 34 ölkənin iştirakı ilə keçəcək sammitdə onun ABŞ-ın Kubaya münasibətdə siyasətini dəyişməsi ilə bağlı artan tələblərlə qarşılacağı gözlənilir. Dünən Meksikada olarkən prezident Obama deyib ki, kubalı amerikalılarının səfərləri və pul köçürmələrinə qoyulmuş qadağanın lğəv edilməsindən sonra Birləşmiş Ştatlar və Kuba arasında münasibətlərin bir gecədə dəyişəcəyini gözləmir. Kuba prezidenti Raul Kastro dünən deyib ki, Havana Vaşinqtonla insan hüquqları, mətbuat azadlıqları və siyasi məhbuslar da daxil edilməklə, istənilən məsələləri müzakirə etməyə hazırdır. Lakin o, kommunist ada ilə bərabər davranılmasına təkid edib. Latın Amerikası ölkələrinin şoxu cənab Obamanın Kuba ilə ABŞ arasında 47 illik ticarət embarqosunu ləğv etməsini tələb edirlər.

Vaşinqtonda Dövlət katibi Hillari Klinton bəyan edib ki, Birləşmiş Ştatlar cənab Kastronun təşəbbüsünü alqışlayır, Vaşinqton onu nəzərədən keçirib buna necə cavab verəcəyini müəyyən edəcək.

XS
SM
MD
LG