Accessibility links

ABŞ-ın xüsusi nümayəndəsi İsrail və fələstinlilərin liderlərilə görüşüb


Birləşmiş Ştatların Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçel Vaşinqton və İsrail hökumətinin mövqeləri arasında təzad yaradaraq deyib ki, İsrail və fələstinlilər arasında münaqişənin yeganə həlli iki dövlətin mövcud olduğu halda mümkündür. Corc Mitçel bu açıqlamaları İordan çayının qərb sahilində Ramallada fələstinlilərin prezidenti Mahmud Abbas və digər rəsmilərlə görüşdən sonra verib. O, dünən Fələstin dövlətinin yaradılması fikrilə bağlı narahatlıqlarını ifadə edən İsrailin yeni millətçi rəhbərliyi ilə görüşüb. İsrailin Baş Naziri Benyamin Netanyahu deyib ki, İsrail fələstinliləri idarə etmək istəmir. Lakin o xəbərdarlıq edib ki, siyasi prosees Fələstin Muxtariyyətinə tabe olmayaraq, Qəzzəni idarə edən yaraqlı Həmas qrupunun hakimiyyətini genişləndirməsinə imkan verməməlidir.

XS
SM
MD
LG