Accessibility links

Rusiya NATO-nun Gürcüstanda keçirəcək təlimlərini təndiq edib


Rusiya prezidenti Dmitri Medvedev NATO-nun Gürcüstanda gələn ay təlimlər keçirmək planlarını tənqid edib. Cənab Medvedev deyib ki, bu planlar səhv və təhlükəlidir, eyni zamanda onun ölkəsilə qərb alyansı arasında münasibətlərin yaxşılaşması səylərinə mane olur. Rusiya lideri may ayının 6-dan iyun ayının1-ə qədər sürəcək təlimlərin yaxından izləniləcəyini bildirib. Gürcüstan rəsmiləri Rusiyanın tənqidlərini ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirib. NATO rəsmilərinin bildirdiyinə görə, 19 ölkənin 1300 əsgərinin iştirak edəcəyi təlimlər təəccüb doğurmamalıdır, belə ki, bu əvvəlcədən planlaşdırılmış bir tədbirdir və burada ağır hərbi təchizatdan istifadə edilməyəcək.

XS
SM
MD
LG