Accessibility links

Yaxın Şərq üzrə xüsusi nümayəndə Misirə səfər edib


Amerika Birləşmiş Ştatlarının Yaxın Şərq üzrə xüsusi elçisi Corc Mitçell İsrail-Fələstin münaqişəsinin iki dövlət variant ilə həllinə nail olunması səyləri çərçivəsində Misirə səfər edib. O, Qahirədə Misir prezidenti Hüsni Mübarəklə görüşüb. Görüşdə Misirin Xarici İşlər Naziri Əhməd Əbdül Qeyt də iştirak edib.

Misirin MENA dövlət xəbər agentliyi cənab Mübarəkə istinadən bildirib ki, iki dövlət həllinə heç bir arternativ yoxdur. Dünən Fələstin prezidenti Mahmud Abbas və digər rəsmilərilə görüşdən sonra cənab Mitçell deyib ki, iki dövlət variantı yeganə həll çarəsidir. Bu varianat ABŞ tərəfindən dəstəklənir. Lakin İsrail Fələstin dövlətinin yaradılmasının əleyhinədir.

XS
SM
MD
LG