Accessibility links

Koreyalar arasında rəsmi görüş olacaq


Cənubi Koreya rəsmiləri deyir ki, Şimali Koreya tərəflər arasında görüş keçirilməsini təklif edib. Bir il əvvəl Cənubi Koreyada mühafizəkar hökumətin hakimiyyətə gəlməsindən bəri Pxenyanlar rəsmi əlaqələr kəsilib. Yunifikasıya Nazirliyinin mətbuat katibi Kim Ho-Nyonun sözlərinə görə, Şimali Koreya danışıqların mövzüsunu bildirmədən Kaesonq sənaye zonasında görüşün təşkilini təklif edib. Cənubi Koreyanın Yonhap mətbuat orqanının məlumatına görə, Seul gələn həftənin çərşənbə axşamı keçirilməsi nəzərdə tutulan görüşə qatılacaq. Bu arada qeyd edək ki, Cənubi Koreya ABŞ-ın Silahların Yayılmasının Qarşısının Alınması Təşəbbüsünə qoşulmağı hələlik təxirə salıb. Bu təşəbbüs kütləvi qırğın silahlarının yayılmasının dayandırılməsi məqsədi daşıyır.
XS
SM
MD
LG