Accessibility links

ABŞ prezidenti hökumət agentlikləri və nazirliklərə büdcə planlarının açıqlanmasına dair göstəriş verəcək


ABŞ prezidenti Barak Obama hökumət agentlikləri və nazirliklərin rəhbərlərinə israfçılığın aradan qaldırılması məqsədi ilə büdcə planlarının açıqlanmasına dair göstəriş verəcəyini deyib. Həftəlik radio müraciəti zamanı ABŞ dövlət başçısı bu tələbin bazar ertəsi cabinet nazirlərinin ilk yığıncağı zamanı irəli sürəcəyini bildirib.

Gələn həftələr ərzində hansı proqramların ixtisar ediləcəyinə dair qərar qəbul ediləcək. Barak Obama bildirib ki, iqtisadi böhran Amerikanı defisit və borclarını artırmağa vadar edir. O, hazırkı kursun uzun müddət davam etməyəcəyini də vurğulayıb.

Respublikaçıların cavab müraciətində Obamanın büdcə planı məsuliyyətsizlik kimi qiymətləndirilib.


XS
SM
MD
LG