Accessibility links

Kipr türkləri qanunvericilik orqanına seçkilərdə səs verir


Kiprin türk icmasının üzvləri bu gün qanunvericilik orqanına seçkilərdə səs verir. Seçkilərin nəticələrinin etnik cəhətdən bölünmüş adanın birləşməsi səylərini mürəkkəbləşdirə biləcəyi deyilir. Rəy sorğuları müxalifətdə olan Mili Birlik partiyasının hakimiyyətdə olan Türk Respublikaçılar partiyasından xeyli irəlidə getdiyini göstərir. İqtidarda olan partiya BMT-nin vasitəçiliyi ilə adada çoxluq təşkil edən yunanlarla danışıqlarda Kiprin iki etnik regionun mövcüd olduğu federasiya şəklində birləşməsini istəyən Kipr türklərinin lideri Mehmet Əli Tələti dəstəkləyir. Lakin Milli Birlik partiyası Kiprin yunanları tərəfindən rədd edilən iki dövlət modelini dəstəkləyir. Təhlilçilərin fikrincə, müxalifətin seçkidə uğuru cənab Tələtin danışıqlarda mövqeyini zəiflədə bilər.

XS
SM
MD
LG