Accessibility links

Əhmədinejad Saberinin işi ilə əlaqədar prokurora məktub göndərdi


İran prezidenti Mahmud Əhmədinejad Tehran prokurorunu Birləşmiş Ştatların xeyrinə casusluq etməkdə ittiham edilmiş jurnalistin işini ədalətlə araşdırmağa çağırıb.

İranın rəsmi İNRA xəbər agentliyinin dünən yaydığı məlumatına görə, Əhmədinejad dövlət ittihamçısına göndərdiyi məktubda qeyd edir ki, Roksana Saberi və digər jurnalist ədalətli mühakimə olunmalıdır və onların azad və hüquqi şəkildə özlərini müdafiə etmək imkanı verilməlidir.

İran məhkəməsi bir gün əvvəl Saverini Birləşmiş Ştatların xeyrinə casusluq etmək ittihamı ilə 8 il azadlıqdan məhrum edib.

Jurnalistin vəkili qərara etiraz edəcəyini deyib.

Ağ Evin dünən yaydığı məlumata görə, ABŞ prezidenti Barak Obama Saberinin həbsi qərarından dərin təəssüf hissi keçirib.

Prezident Obamanın Milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Dennis Makdona Saberinin sırf jurnalistika ilə məşğul olmuş amerikalı jurnalist olduğunu deyib.

XS
SM
MD
LG