Accessibility links

Əfqanıstanda Taliban yaraqlılarının hücumu nəticəsində beş polis zabiti həlak olub


Əfqanıstanın qərb vilayətinin rəsmilərinin bildirdiyinə görə, Taliban yaraqlılarıa polis yoxlama məntəqəsinə hücum edib beş polis zabitini öldürüblər. Rəsmilər hücumun şənbə günü gecə Fərəh vilayətinin eyniadlı şəhərində baş verdiyini deyiblər. Ölkə rəsmiləri hücumla bağlı təhqiqat aparılacağını bildirirlər. Şənbə günü Fərəh vilayətində ABŞ-ın başçılıq etdiyi koalisiya və Əfqanıstan hərbi qüvvərlərinin əsgərləri keçik çəkərkən atəşə tutulduqları zaman iki yaraqlını qətlə yetiriblər. Taliban yaraqlıları Əfqanıstanda əməliyyatlarını genişləndirir, ölkədə avqust atında prezident seçkisindən öncə təhlükəsizlik tədbirləri gücləndirilir.

XS
SM
MD
LG