Accessibility links

İranın İraqın şimalında kürd yaraqlılarını atəşə tutduğu xəbər verilir


Şahidlərin bildirdiyinə görə, İran kürd yaraqlı qrupu PJAK-ı hədəf alaraq, İraqın şimal bölgələrini artilleriya atəşinə tutub. Regiondan verilən məlumatlarda deyilir ki, İran hərbi qüvvələri İraqın kürd vilayəti olan İrbilin Soran kəndi yaxınlığında bir neçə artilleriya mərmisi atıb. Nə İraq, nə də İran hökuməti hücumun keçirildiyini təsdiq etməyib. Xəsarət alanlar barədə də hələlik məlumat verilməyib. Tehran PJAK-ı İraqın şimal bölgələrindən onun şimal ərasizində hücumlar həyata keçirmək üçün istifadə etməkdə ittiham edir. İran hərbi qüvvələri bu sərhəd bölgəsində kürd separtaçılarına qarşı mübarizə aparır.

XS
SM
MD
LG