Accessibility links

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanla münasibətlərə dair bəyanat yaydı




Türkiyənin Xarici İşlər Nazirliyi ötən həftə Yerevanda nazir Əli Babacanla Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev arasında insident baş verməsi barədə yayılan məlumatlara münasibətini bildirib.

Nazirliyin bəyanatında iki diplomatın görüşünün faydalı olduğu və dostca keçdiyi qeyd olunur. Sənəddə Azərbaycanla münasibətlərin bütün səviyyələrdə yaxın bir şəkildə davam etdiyi vurğulanıb.

Nazirlik yaydığı açıqlamada iki diplomatın görüşü barədə mətbuatda çıxan xoşagəlməz xəbərlərin ciddi qəbul edilməməsinin gərəkdiyini bildirib.

“Türkiyə ilə Azərbaycan arasında yaxın tarixi dostluq və qardaşlıq əlaqələri var. Son günlər, Türkiyə-Azərbaycan münasibətlərinə dair əsassız xəbərlərə rast gəlinir və bu xəbərlər hər iki ölkənin ictimaiyyətində səhv anlaşılmaya səbəb olur. Xəbərlərin düzgün mənbələrə istinad edilməsi çox əhəmiyyətlidir” – deyə açıqlamada vurğulanır.

XS
SM
MD
LG