Accessibility links

Nüvə agentliyinin rəhbəri ABŞ-ın yeni İran siyasətindən razıdır


Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd əl-Baradeyi İranı Obama administrasiyasının Tehranın ziddiyyətli nüvə proqramına son qoymaq məqsədilə irəli sürdüyü dialoq təklifinə cavab verməyə çağırıb.

Məhəmməd əl-Baradey bu gün deyib ki, o, Birləşmiş Ştatların yeni yanaşmasını dəstəkləyir.

Beynəlxalq Nüvə Agentiyi Tehranın atom silahlarının istehsalında istifadə edilə bilən uran zənginləşdirilməsi səylərinə görə narahatlığını bildirir.

ABŞ və Qərb alyansı İranın nüvə proqramında hərbi komponenlərin mövcudluğuna inanırlar.
Tehran isə nüvə fəaliyyətinin dinc məqsədli olduğunu deyir.

XS
SM
MD
LG