Accessibility links

Rusiyanın xarici işlər naziri Şimali və Cənubi Koreyalara səfərə hazırlaşır


Rusiyanın xarici işlər naziri Sergey Lavrov gələn bir neçə gün ərzində Şimali və Cənubi Koreyalara səfər edib, hər iki ölkənin rəsmiləri ilə görüşlər keçirəcək. Bu gün müxbirlərlə söhbəti zamanı nazir Koreya yarımadasındakı gərginlikləri müzakirə etməyi planlaşdırdığını bildirib. Sergey Lavrov deyib ki, Şimali Koreyanın silahsızlaşdırmasına dair danışıqlarda iştirak edən tərəflər əməl etməli olduqları öhdəliklərə malikdir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun cümə axşamı günü başlayacaq səfəri Pxenyanın altıtərəfli müzakirələrdə iştirak etməyəcəyi və beynəlxalq müfəttişlərin ölkəni tərk etməsi göstərişindən bir həftə sonraya təsadüf edir.

XS
SM
MD
LG