Accessibility links

Riçard Bauçer ABŞ-la Tacikistan arasında razılıq əldə edildiyini bildirib


Birləşmiş Ştatların bir rəsmisinin bildirdiyinə görə, Əfqanıstanda əməliyyatlar həyata keçirən qərb ölkələrinin hərbi qüvvələrinə təchizat daşınması ilə əlaqədar Tacikistanla keçirilən müzakirələr başa çatıb. Tacikistanın paytaxtı Düşənbədə olan Birləşmiş Ştatlar dövlət katibinin köməkçisi Riçard Bauçer uzun-müddətdən bəri gözlənilən razılığın əldə edildiyini bildirib. Bu ilin əvvəlində Qırğızıstanın ABŞ qüvvələrinin Manas hərbi bazasından istifadəsini dayandırmaq barədə qərarından sonra Obama administarasiyası Əfqanıstana təchizatın yeni yollarınıaraşdırırdı. Pakistandan Əfqanıstana əsas təchizat yolunun son zamanlar yaraqlıların hücumlarına görə təhlükəli olduğu deyilir.

XS
SM
MD
LG