Accessibility links

Suriya baş naziri İraqa gedib


Suriya baş naziri Naci əl-Otari İraqda səfərdədir. Bu, iki qonşu dövlət arasında son 30 ildə ən yüksək səviyyəli görüşdür. Bu gün Bağdada çatan Əl-Otarinin müzakirə edəcəyi mövzular münasibətlərin normallaşması, ticarət və sərhəd təhlükəsizliyinə dait narahatlıqlardır. O, iraqlı həmkarı Nuri Əl-Maliki və başqa rəsmilərlə görüşəcək. Suriya və İraq arasında münasibətlər 1980-ci ildə kəsilib. O zaman hər iki dövlət Bəəs partiyasının rəqib fraksiyaları tərəfindən idarə olunurdu. Tərəflər ABŞ-ın İraqa müdaxiləsi və Səddam Hüseynin hakimiyyətdən devrilməsindən 3 il sonra 2006-cı ildə əlaqələri bərpa etmək barədə razılığa gəliblər.
XS
SM
MD
LG