Accessibility links

Mixail Xodorkovski yeni ittihamlarla üzləşir


Məhkəmə tərəfindən irəli sürülüən dörd ittiham onun artıq çəkdiyi həbs cəzasına daha 22 il əlavə edə bilər. Moskva məhkəməsinin irəli sürdüyü əlavə ittihamlara görə Rusiyanın keçmiş neft maqnatı Mixail Xodirkovski dəfələrlə olduğu kimi, yenə də günahkar olmadığını bildirib. Xodorkovski ilə birlikdə ittiham edilən, onun keçmiş biznes partnyoru Platon Lebedev günahsız olduğunu bildiərərək, yeni ittihamları şizofreniya fırıldağı adlandırıb.

Yukos neft şirkətinin keçmiş rəhbəri Mixail Xodorkovski günahkar bilinsə, əlavə 22 il həbs cəzası ilə üzləşəcək. O, işlədiyi dövrdə 25 milyard dollar məbləğində çirkli pulların yuyulması və mənimsənməsində günahlandırılır. Keçmiş neft maqnatı vergilərdən boyun qaçırmaq və fırıldaqçılıq ittihamları ilə 2005-ci ildən bəri həbsdədir. Xodorkovskinin vəkili onun müştərisinə qarşı irəli sürülən - şəxsi neftini oğurlaması və açıq şəkildə həyata keçirdiyi maliyyə əməliyyatlarından əldə etdiyi pulları gizli şəkildə yumaq kimi ittihamların ziddiyətli olduğunu deyir. İnsan hüquqları müdafiəçilərinin dediyinə görə, sabiq Rusiya prezidenti Vladimir Putini açıq tənqid edən Xodorkovski Kremlin susdurma kampaniyasının qurbanıdır.

XS
SM
MD
LG