Accessibility links

Mühacir əsgərlərə ABŞ vətəndaşlığı daha tez veriləcək


Mühacir əsgərlərə ABŞ vətəndaşlığı daha tez veriləcək

Mühacir əsgərlərə ABŞ vətəndaşlığı daha tez veriləcək

ABŞ ordusu mühacirlərə daha tez Amerika vətəndaşlığı təklif etməklə bacarıqlı əsgərlərin orduya cəlb olunmasına çalışır. Bu, Petanqonun Əfqanıstana əlavə qüvvələr göndərməyə
hazırlaşdığı vaxta təsadüf edir. ABŞ hərbi qərargahlar rəisi Nyu-Yorkda bir qrup yeni əsgərin andiçmə mərasimində özü də and içir. Bu 32 əsgərin yarısı Pakistan, Hindistan, Cənubi Koreya və Banqladeşdən olan mühacirlərdir.
General Corc Keysi MAVNİ adlı yeni təşəbbüs çərçivəsində orduya qatılan yeni əsgərləri salamlayır. Milli Maraqlar üçün hərbi artımın mühümlüyü mənasını verən bu pilot proqram ABŞ vətəndaşlığını daha tez almaq çün hərbi xidməti irəliyə çəkir. Yeni əsgərlər azı 2 illik ABŞ-da daimi yaşamaq statusuna malik olmalıdırlar. Leytenant Polkovnik Marqaret Stok deyir ki, ordu dil bacarığına və tibbi təcrübəyə malik mühacirləri axtarır: “Mürizə apardığımız müəyyən mentalitetləri anlayan adamları axtarırıq. İraq və Əfqanıstada mübarizə aparırıq.Bu ölkələrin mədəniyyəti barədə anlayışı olan əsgərlərə malik olmaq döyüş meydanında mühüm uğurdur”.
Bu günə kimi, Fevral ayında bəti başlayan MAVNİ proqramı 52 yeni əsgər cəlb edib. Onlardan 60 faizi universitet tələbəsidir. Ordu cəlb olunan yeni əsgərlərdən 35 strateji dildən ən azı birində danışıq qabiliyyəti tələb edir.
Stefen Çi 5 dildə danışa bilir. O, neft təchizatı üzrə mütəxəssisi işləyəcək. Çi ABŞ vətəndaşlığı üçün deyil, sadəcə dostluq üçün hərbi xidmətə getdiyini deyir: “Mən Norveçdə böyümüsəm, valideynlərim isə çinlidir. Hərbi xidmətə qatılmağım mənim həqiqətəndə harasa bağlı olmağıma şərait yaradacaq”.
24 yaşlı Toniya Mişra su saflaşdırıcı mütəxəssis işləməyə hazırlaşır. Onun sözlərinə görə, ordu onun tərcümeyi-halını internetdə tapandan sonra hərbi xidmətə dəvət edib. Magistr dərəxəli xanım Mişra gözlədiyindən az əmək haqqı alsa da, burada ayrı üstünlüklərin olduğunu deyir: “Ailənin sığortası təmin olunur və müxtəlif ölkələrə səyahət imkanı əldə edirsən. Bu isə hazırkı iqtisadi durumda görüləcək bütün işlərdən ən yaxşısıdır.”
Yeni əsgərlər üçün növbəti mərhələ məşqlərdir. Buraya ciddi fiziki hazırlıq, disiplin və məşq prosesləri daxildir.
Daha sonra isə onlar İraqa və Əfqanıstana göndəriləcəklər.
Bu günə qədər proqram üçün 380 nəfər müraciət edib. Ordu rəsmiləri bildirir ki, proqram dekabr ayında sona çatana kimi 1000 nəfərin qəbul olunacağı gözlənilir.

XS
SM
MD
LG