Accessibility links

ABŞ Mətbuatı: Beynəlxalq Yer Günü


Bu gün planetin qorunmasına həsr olunmuş Yer Gününün 39-cu ildönümü tamam olur.İlk dəfə olaraq bu bayram 1970-ci ildə Amerikanın ətraf mühit fəalları tərəfindən qeyd olunmağa başlamışdı.

Washington Post qəzetinin yazdığına görə Barak Obama administrasiyasının rəsmiləri bu münasibətlə Konqresi neft idxalını azaldacaq və qlobal istiləşməyə qarşı müabrizə aparacaq qanun layihəsini qəbul etməyə çağırıblar.ABŞ Energetika naziri Stiven Çu bildirib ki, dövlətin gələcək nəsil qarşısında karbon emissiyalarının və istixana qazlarının azaldılmasına dair öhdəlikləri var.Qanun layihəsi 2020-ci ilədək karbon dioksid emissiyalarının 20 faiz, 2050-ci ilədək isə 80 faiz azaltmağı nəzərdə tutur.Qanun layihəsinin müəliflərindən olan Nümayəndələr Palatasının energetika və ticarət komitəsinin sədri Henri Vaksman mayın sonunadək qanun layihəsinin qəbul ediləcəyini proqnozlaşdırır.Ətraf Mühiti Qoruma Agentliyinin təhlili göstərir ki, Vaksmanin himayə etdiyi qanun elektrik cərəyanının qiymətini Amerikalılar üçün 22 faiz artıracaq ki, bu, da hər il vətəndaşların 98-140 dollar xərcləməsinə gətirib çıxara bilər. Lakin Respublikaçı konqresmen Co Barton bu təklifin bizneslərə milyardlarla dollara başa gələcəyini və Amerikanı sənayesizləşdirəcəyini deyir.

Ətraf mühiti qorumaqla bağlı səylərin iqtisadi effektləri hazırda debat mövzusudur.New York Times qəzetində yazan Con Tierni 1970-ci illərdən bəri ətraf mühitlə bağlı bir sıra fərziyyələrin dəyişikliyə məruz qaldığını deyir.Onun fikrincə heç bir yaşıl inqilabdan söhbət gedə bilməz.Belə ki, nə ABŞ nə də dünyanın başqa ölkəsində liderlər enerji mənbələrini radikal çəkildə dəyişə biməyəcəklər.İkinci əsas faktor isə budur ki, nə qədər çox adam varlansa, planet də bir o qədər tez yaşıllaşacaq.Əvvəllər güman edilirdi ki, zənginləşmə və texnologiyanın inkişafı ətraf mühitə ziyan vurur.Əlbəttə, ölkə sənayeləşdikcə çirklənmə də arta bilər.Lakin insanlar varlandıqca onlar daha təmiz su və havanı dəyərləndirməyə və bunun üçün pul ödəmək imkanına malik olurlar.Məhz bu səbəbdən varlı ölkələrin vətəndaşları başqaları ilə müqayisədə karbon-intensivliyi az olan enerji mənbələrinə üz tuturlar.
XS
SM
MD
LG