Accessibility links

Fransanın hərbi gəmisi dəniz quldurluğunda şübhəliləri Keniyaya təhvil verib


Fransanın hərbi gəmisi dəniz quldurları olmaqda şübhəli bilinən 11 nəfəri bu gün Mombasaya çatdıraraq, Keniya rəsmilərinə təhvil verib. Şübhəlilər orada gəmilərin girov götürülməsi ittihamları ilə məhkəmə qarşısına çıxarılacaq. Şübhəlilərin bu ayın əvvəli Ədən körfəzində ələ keçirildikləri bildirilir. Fransa regionda dəniz quldurlarına qarşı mübarizə aparan beynəlxalq qüvvələrdən biridir. Dəniz qulduirlarının çoxu Somalidəndir. Somalinin baş naziri Ömər Əbdürrəşid Əli Şarmark bu gün bildirib ki, Somali ərazilərində fəaliyyət göstərən xarici gəmilər dəniz quldurlarının öz əməllərindən çəkindirmir və əlavə edib ki, dəniz quldirları ilə mübarizə aparmaq üçün Somalinin daxilində təhlükəsizlik tədbirləri gücləndirilməlidir.

XS
SM
MD
LG