Accessibility links

Şri-Lanka qüvvələri Tamil Pələnglərinin məhvinə çalışır


Sri-Lanka ordusu deyir ki, hökumət qüvvələrinin yaraqlıların ərazilərinə hücumu nəticəsində Tamil Pələnglərinin iki yüksək rütbəli rəsmisi təslim olub. Ordunun məlumatına görə, yaraqlıların sözçüsü Daya Master və siyasi yardımçı hökumət qüvvələrinə təslim olublar. Şri-Lanka müdafiə sözçüsü deyib ki, ordu yaraqlıları ölkənin şimal-şərqində 13 kvadrat kilometrdən kiçik bir əraziyə sıxışdırıb. Hökumət Tamil Pələnglərini bir ərazidə məhv edib, 26 illik vətəndaş müharibəsinə son qoymaq istəyir. ABŞ rəsmiləri və beynəlxalq qruplar müharibə zonasında mülki vətəndaşların vəziyyətinə görə dərin narahatlıq keçirir. Şri-Lanka rəsmiləri deyir ki, 81 mindən çox dinc sakin müharibənin davam etdiyi ərazilərdən qaçıb.
XS
SM
MD
LG