Accessibility links

Hillari Klinton: 'ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması səylərini intensivləşdirəcək'



Dövlət katibi Birləşmiş Ştatlar hökumətinin Türkiyə və Ermənistan arasında münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesilə bağlı mövqeyini bəyan etdi. Xanım Klinton ABŞ-ın Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atdığı addımlardan razı qaldığını bildirdi. "Mən inanıram ki, Türkiyə və Ermənistanın münasibətləri normallaşdırmaq və sərhədləri açmaq istiqamətində atdığı addımlar acı keçmişə üstün gəlmək üçün daha yaxşı şəraitin yaradılmasına kömək edəcək."-deyə o bildirib.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ABŞ Dövlət katibi deyib ki, Birləşmiş Ştatlar münaqişənin nizamlanması istiqamətində səyləri intensivləşdirəcək. "Bununla yanaşı, Azərbaycan və Ermənistan arasında digər mühüm məsələlərin həlli ilə də yaxından məşğul olacayıq. Minsk prosesi var. Biz artıq onun tərkib hissəsiyik. Biz son üç həftədə Dövlət Departamentinin rəsmisini iki dəfə Azərbaycana göndərimişik. Biz inanırıq ki, yaxın vaxtlarda bu istiqamətdə müəyyən inkişafa nail ola biləcəyik."-deyə xanım Klinton bəyan edib.

XS
SM
MD
LG