Accessibility links

Somalinin təhlükəsizlik sahəsinə yardım ayrılacaq


Onlarla ölkə və beynəlxalq təşkilatların nümayəndələri Brüssel konfransı zamanı Somalinin təhlükəsizliyi sahəsinə yardım ayrılması barədə razılıq əldə ediblər. BMT və Afrika Birliyinin sponsorluğu ilə keçirilən konfransda Somalinin təhlükəsizlik qüvvələri və Afrika Birliyinin sülhməramlılarına yardım üçün 165 milyon dollar məbləğində vəsait toplanması qərarlaşdırılıb. Avropa Birliyi o ölkəyə 75milyon dollarla yardım göstərəcəyinə vəd verib.

Tədbir Somali dəniz quldurlarının xarici gəmilərə qarşı artmaqda olan hücumlarına beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədi də daşıyır. Olduqca zəif mərkəzi hökumətə, daxili münaqişələrə malik olan Somali öz su məkanına nəzarət edə bilmir.

XS
SM
MD
LG