Accessibility links

İraq İslam Dövləti qrupunun lideri olduğuna inanılan şəxs ələ keçirlib


İraq hərbi sözçüsünün bildirdiyinə görə, Əl-Qaidə ilə əlaqəsi olan və İraq İslam İslam Dövləti qrupunun lideri olduğuna inanılan Əbu Ömər Əl-Bağdadi bu gün ələ keçirlib. İraqdan alınan digər xəbərdə isə deyilir ki, ayrı-ayrılıqda baş verən iki intiharçı hücumu 75 nəfərdən çox insanın ölümünə səbəb olub. Polisin bildiriyinə görə, hücumlardan biri Bağdadın Tahariyat Meydanı yaxınlığındakı təhlükəsizlik patrulu yaxınlığında həyata keçirilmiş və uşaqlar da daxil edilməklə azı 28 nəfərin ölümü, 52 nəfərdən çoxunun yaralanması ilə nəticələnib. İkinci hücum isə ölkənin şimalındakı Baquba şəhərində baş verib.

XS
SM
MD
LG