Accessibility links

Rusiyanın xarici işlər naziri Şimali Koreyadadır


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şimali Koreyanın nüvə proqramı il bağlı qarşıdurmanın həllinin dərhal nəticə verəcəyinin gözlənilmədiyini deyib. Pxenyanda Şimali Koreyalı həmkarı ilə görüşdən sonra danışan nazir altı-tərəfli danışıqların iştirakçılarını emosiyalara qapılmamağa çağırıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov may ayında iqtisadi və ticarət sahələrində əməkdaşlığa dair danışıqlara başlanılması barədə razılıq əldə edildiyini bəyan edib. Nazir bildirib ki, Rusiyanın sərhəd Xasan şəhərindən Şimali Koreyanın Rajin liman şəhərinə çəkiləcəkdəmir yol xəttinin inşasına artıq başlandığını deyib. Rusiyanın xarici işlər naziri sabah Cənubi Koreyalı həmkarı ilə görüşəcək.


XS
SM
MD
LG