Accessibility links

Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına münasibət bildirir


Azərbaycanın Xarici İşlər nazirliyinin nümayəndəsi Elxan Poluxov, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı Azərbaycanın mövqeyini açıqlayıb. O Amerikanın səsinə deyib ki, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Bir dövlətin başqa ölkələrlə münasibətlər qurması onun suveren hüququdur. Lakin Azərbaycan hesab edir ki, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması prosesi ilə paralel aparılmalıdır. İsveçrənin vasitəçili ilə əldə olunan razılığın detalları açıqlanmayıb.

XS
SM
MD
LG