Accessibility links

Gürcüstanda müxalifət tərəfdarları ilə polis arasında  toqquşma baş verib


Gürcüstanda bu gün müxalifət tərəfdarları ilə polis arasında toqquşma baş verib. Nümayşçilər prezident Mixail Saakaşvilinin yemək yediyi restoran qarşısına toplaşmışdı. Gürcüstan liderinin konvoyunun qarşısını almaq istəyən etirazçılardan ikisi nəzarət altına alınıb.

Gürcüstanın xəbər agentlikləri bir polis işçisinin yaralandığını bildirir. Aksiya iştirakçıları parlament binası qarşısında çadırlar və məhbus kameraları fuqurları yerləşdirib.

Müxalifət liderləri prezident Saakaşvilini qeyri-demokratik fəaliyyəti və Gürcüstanı keçən il Rusiya ilə müharibəyə sürükləməkdə ittiham edir.


XS
SM
MD
LG