Accessibility links

Türkiyə-Ermənistan razılaşması və konfliktin tarixi barədə


Türkiyə bu günlərdə qonşusu Ermənistanla əlaqələri yaxşılaşdırmağa hazır olduğunu izhar edib. Bu açıqlama bir əsr davam edən gərginlikdən sonra düşmənçiliyin aradan qalxacağına ümidlər yaradır. Son 16 ildə Türkiyə Azərbaycanla müharibənin ardınca Ermənistana embarqo tətbiq edib. Ermənistan hələ də Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayır. Türkiyənin yaxın müttəfiqi ilə olan münaqişə iki ölkə arasındakı tarixi gərginlikləri bir az da alovlandırıb.

Yerevan Türkiyəni 1915-ci ildə genosid törətməkdə günahlandırır. Ankara isə bu ittihamları rədd edir. Birləşmiş Ştatlarda fəaliyyət göstərən erməni lobbisi uzun müddətdir ki, ABŞ-ın rəsmən erməni genosidini tanımasına səy göstərir. Məsələ ilə bağlı Konqresdə qətnamə layihələri təqdim olunub və bu təşəbbüslər indiyədək də davam edir. Ermənilərin soyqırım kimi tanıdığı 24 Aprel tarixi ərəfəsində dünən Kapitolidə Demokrat və Respublikaçı konqresmenlər bir araya gələrək erməni soyqırımını anıblar.”Birləşmiş Ştatların rəsmən Erməni Soyqırımını tanımasının vaxtı çoxdan yetişib” deyə Nümayəndələr palatasının spikeri Pelosi bildirib. Soyqırımın tanınması ilə bağlı Konqresdə sərgilənən son səylər Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin istiləşməsi vaxtına təsadüf edir.


Azərbaycan prezidenti bu ay ölkəsinin nəhəng qaz resurslarını Türkiyə əvəzinə Rusiyaya satmağa razı olub. Analistlər deyir ki, o mənbələr Türkiyədən Avropaya planlaşdırlan boru kəməri üçün həyati əhəmiyyət kəsb edir. Azərbaycanın son addımları Türkiyəyə xəbərdarlıq məqsədi daşıyır ki, erməni qüvvələri Azərbaycan ərazilərini tərk etməyincə Ermənistanla sərhədləri açmasın. Ekspertlər isə bunun yaxın zamanlarda baş verəcəyini güman etmirlər.

XS
SM
MD
LG